Putin: Avropanın Rusiya-ABŞ görüşünə mənfi reaksiya verməyə əsası yoxdurbackend

Putin: Avropanın Rusiya-ABŞ görüşünə mənfi reaksiya verməyə əsası yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələrinin Rusiya və ABŞ arasında Ər-Riyad görüşünə mənfi münasibət bildirmək üçün heç bir əsası yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya lideri Sankt-Peterburqda dron istehsalı zavoduna səfəri zamanı bildirib.

Dövlət başçısı vurğulayıb ki, ABŞ Ukraynadakı münaqişə ilə bağlı məsələlərin həlli üçün Avropa ölkələri ilə işləməkdə davam edir.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında Rusiya və ABŞ nümayəndələrinin görüşü baş tutub. Söhbət bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, o cümlədən Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.