Putin Azərbaycanla bağlı sənədi təsdiqlədibackend

Putin Azərbaycanla bağlı sənədi təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlığı nəzərdə tutan sazişin ratifikasiya edilməsini təsdiqləyib.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, sənəd Rusiyanın rəsmi sənədlər internet portalında dərc olunub.

Müqavilə 2022-ci il aprelin 26-da Bakıda imzalanıb. Tərəflər Rusiya və Azərbaycanın ərazilərində əldə edilmiş pensiya hüquqlarının sığorta təminatının təmin edilməsinə görə maliyyə məsuliyyətinin bölüşdürülməsi barədə razılığa gəliblər.

Sənəd bütün sığorta və sosial pensiya növlərinə şamil edilir.