Putin azərbaycanlı milyarderləri KƏNARLAŞDIRIRbackend

Putin azərbaycanlı milyarderləri KƏNARLAŞDIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada uzun illər Putinə yaxınlığı ilə seçilən azərbaycanlı milyarderlər ard-arda tutduqları vəzifələrini itirirlər.

NOCOMMENT.az xəbər verir ki, “Kiyev Ploşad” şirkətlər qrupunun sahiblərindən biri, Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov “Olimpiyski” idman kompleksinin direktorlar şurasını tərk edib.

Bu barədə şirkətlər qrupunun mətbuat xidmətindən bildirilib. “2022-ci il iyunun 3-də Nisanov “Olimpiyski İdman Kompleksi” ASC-nin direktorlar şurasının sədri vəzifəsindən istefa vermək və bu layihənin bütün idarəetmə orqanlarından çıxmaq qərarına gəlib”, – deyə məlumatda bildirilir. Nisanov əvvəllər ABŞ-ın sanksiya siyahısına daxil edilib. Bir müddət öncə isə o, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb. Qeyd edək ki, Qod Nisanov 1972-ci ildə Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın enerji nəhəngi “Lukoyl”un səhmdarları Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərovun şirkətin prezidenti səlahiyyətlərinə vaxtından əvvəl xitam verib. Şirkətin yeni rəhbəri Vadim Vorobyov təyin edilib.

Xatırladaq ki, Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib. O, vəzifəsini tərk etməsinin səbəbi kimi Böyük Britaniya və Avstraliyanın fərdi sanksiyalarını göstərib və bildirib ki, bu, “Lukoyl”un işinə mane olur.
Hafta.az