Putin Bakıya son səfəri zamanı Pavel Durovla görüşüb? – Kremldən AÇIQLAMAbackend

Putin Bakıya son səfəri zamanı Pavel Durovla görüşüb? – Kremldən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı Teleqramın yaradıcısı Pavel Durovla görüşməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Durovun Fransada həbs olunmasına da münasibət bildirib.

Peskov Durovun həbsini indi şərh etməyi düzgün hesab etmir, çünki onun nədə ittiham olunduğu hələ məlum deyil:

“Durovun konkret nədə ittiham olunduğunu hələ bilmirik. Hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama eşitməmişik, nəsə deməzdən əvvəl Durovu konkret nə ilə ittiham etməyə çalışdıqlarına dair vəziyyətin aydınlaşdırılmasını gözləməliyik. Bunsuz açıqlama vermək düzgün olmazdı”.

“Putin Bakıda olanda Durovla görüşü olubmu?”, – sualına o, “xeyr” deyə cavab verib./APA