Putin Baydeni proqnozlaşdırıla bilən siyasətçi adlandırıbbackend

Putin Baydeni proqnozlaşdırıla bilən siyasətçi adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə ABŞ-ın hazırkı prezidenti Co Baydenin köhnə məktəbli və proqnozlaşdırıla bilən siyasətçi olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” dövlət başçısının sözlərini sitat gətirib.

“Mən artıq demişdim ki, hamı cənab Baydenlə bağlı ifadəmi təbəssümlə qəbul etdi, eyni zamanda prezident Baydenə bir növ gizli hücum gördü, amma əslində o, köhnə məktəb siyasətçisidir”, -deyə Vladimir Putin bildirib.

O əlavə edib ki, ABŞ seçkilərindən sonra ölkələr arasında kommunikasiyada heç bir dəyişiklik olmayacaq. Onun sözlərinə görə, Rusiya, ümumiyyətlə, ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsinin fərqinə varmır – Donald Tramp və ya Co Bayden.