Putin: Beynəlxalq ticarət böhran içindədibackend

Putin: Beynəlxalq ticarət böhran içindədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin ticarətdə yeni bazarlara üz tutduqlarını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Vladimir Putin Orenburq şəhərində keçirilən Rusiya-Qazaxıstan regional forumunda məlumat verib.

Putin forumda Beynəlxalq ticarətin böhran içində olduğunu, Rusiyanın idxal və ixracını yeni bazarlara yönləndirmək üçün geniş tədbirlər həyata keçirdiyini qeyd edib.

Rusiyanın Qazaxıstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən biri olduğuna diqqət çəkən Putin, “Qazaxıstandakı investisiyalarımız təxminən 17 milyard dollara çatıb. Ölkə iqtisadiyyatının bütün əsas sahələrində 30-dan çox birgə investisiya layihəsi həyata keçirilir” deyə bildirib.

Forumdakı çıxışdan sonra Putin və Tokayev Kreml sarayında ikitərəfli danışıqlara başlayıb.

Jalə Bədirova

NOCOMMENT.az