Putin bu həftə BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcəkbackend

Putin bu həftə BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bu həftə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakovun sözlərinə görə, işgüzar səfər zamanı Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi ilə danışıqlar aparacaq.

Rusiya 24 telekanalı Uşakovdan sitat gətirir: “Bundan əvvəl biz Əmirliyə uçacağıq, həmçinin işgüzar səfərimiz olacaq, ümid edirəm, çox faydalı danışıqlar olacaq, biz bunu son dərəcə vacib hesab edirik” .

Uşakov danışıqlarda hansı məsələlərin müzakirə olunacağını dəqiqləşdirməyib.