Birləşmiş Ərəb Əmirlikləri ( BƏƏ ) Rusiyaya dost ölkədir.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşündə deyib.
“Sizi yenidən Rusiyanın paytaxtında görməyə çox şadam. Biz Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərə xüsusi önəm veririk, bu, bizim üçün dost ölkədir”, – Rusiya Federasiyasının rəhbəri Kremldə keçirilən görüşdə deyib.
Avqustun 7-də Əl-Nəhyan Rusiyaya rəsmi səfərə gəlib.