Putin bunkerdə gizlənəcək, onu dublyor əvəz edir – İDDİAbackend

Putin bunkerdə gizlənəcək, onu dublyor əvəz edir – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Rusiya Prezidenti Vladimir Putinin səhhətinin pisləşməsi səbəbindən tezliklə onu bunkerdə gizlətməyə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın “General SVR” teleqram kanalı yazıb.

Rusiyada kifayət qədər etibarlı mənbə hesab olunan kanal iddia edir ki, Putin bir müddət sonra şəxsən görüşlər keçirə və tədbirlərdə iştirak edə bilməyəcək.

“O, Rusiya Federasiyasında koronavirusa yoluxma hallarının artmasını iddia edərək bunkerdə gizlənəcək. O işlərini artıq uzaqdan idarə edəcək. Vacib görüşlərdə isə texnologiyanın gücündən istifadə edir. Bu texnologiyalar o qədər mütərəqqi və yüksək keyfiyyətlidir ki, peşəkar proqramlar hətta “saxtanı” aşkar edə bilmir. Prezidentin dublyorları da var. Son vaxtlar hətta ictimai çıxışlarda da sınaqdan keçirərək tez-tez istifadə olunur”, – deyə məlumatda qeyd edilib.

Modern.az