Çin digər ölkələrə hakim olmaqda qətiyyətli deyil.
NOCOMMENT.az xəbər verir ki, müvafiq bəyanatı Rusiya lideri Vladimir Putin Valday klubunun plenar iclasında çıxışı zamanı deyib.
“Çin fəlsəfəsində belə bir şey yoxdur – onlar dominantlığa can atmırlar”, – Rusiya prezidenti əmin edib.
Putin Rusiya-Çin münasibətlərinin hər iki tərəfin maraqlarına hörmət üzərində qurulduğunu da vurğulayıb.
Putin bildirib ki, Rusiya heç bir dövlətlə başqa dövlətlərə qarşı çıxmaq üçün münasibət qurmur.