Amerika iqtisadiyyatı, gücünə baxmayaraq, Çin iqtisadiyyatından geri qalır və aralarındakı uçurum getdikcə genişlənir.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin EEF-in plenar iclasında çıxışı zamanı deyib.
“ÇXR iqtisadiyyatının ölçüsü daha böyükdür; ABŞ ikinci yerdədir. Lakin iki iqtisadiyyat arasında uçurum durmadan artır”, – deyə Putin vurğulayıb.
Daha əvvəl Putin dollardan imtina edənin Rusiya olmadığını, onun valyutadan imtina edildiyini bildirmişdi.