“Putin çoxlu rusları öldürür” – ABŞ prezidentibackend

“Putin çoxlu rusları öldürür” – ABŞ prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini ukraynalıları və rusları öldürməyi dayandırmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, tezliklə Ukrayna prezidenti Volodimir Zelenski ilə müharibə barədə danışacaq: “Biz danışacağıq. Onlar hücuma keçmək istəyirlər. Mən bu məsələ ilə bağlı qərar verəcəyəm. Amma onlar hücuma keçmək istəyirlər, bilirsinizmi?”.

ABŞ prezidenti Rusiyanın tammiqyaslı işğalı zamanı “əsasən əsgərlər” olmaqla 1,5 milyon insanı itirdiyini göstərən məlumatlara istinad edərək deyib: “Prezident Putindən istədiyimiz tək şey odur ki, o, ukraynalıları və rusları öldürməyi dayandırsın, çünki o, çoxlu rusları öldürür!”

Xatirə SADİQ