Novo-Oqarevoda Dağıstan hadisələri ilə bağlı Rusiya prezidenti Vladimir Putinin hüquq-mühafizə orqanlarının rəhbərləri və Nazirlər Kabinetinin üzvləri ilə görüşü keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, tədbirin yerini Kreml rəsmisi Dmitri Peskov açıqlayıb .
Daha əvvəl dövlət başçısının mətbuat katibi Putinin böyük görüşünün şəxsən keçiriləcəyinə aydınlıq gətirib.
Prezidentin çıxışı öncə mətbuata açıq olacaq və daha sonra mətbuata qapalı çıxış keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, oktyabrın 29-da axşam yüzlərlə dağıstanlı yəhudiləri axtarmaq üçün Mahaçqala hava limanına soxulub