ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib ki, Vaşinqton danışıqların həm Rusiya, həm də Ukraynanın iştirakı ilə baş tutacağını güman edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya lideri bildirib.
“Danışıqlar prosesinə gəlincə, prezident Tramp telefon danışığı zamanı mənə dedi və mən bunu təsdiq edə bilərəm ki, əlbəttə ki, ABŞ danışıqlar prosesinin həm Rusiya, həm də Ukraynanın iştirakı ilə baş tutacağını güman edir”, – dövlət başçısı bildirib.
Rusiya prezidenti vurğulayıb ki, heç kim Ukrayna tərəfini danışıqlar prosesindən kənarda qoymağı planlaşdırmır.
Digər məsələlərlə yanaşı, Rusiya lideri qeyd edib ki, Tramp prezident vəzifəsinə gəldikdən sonra Ukraynadakı vəziyyətlə bağlı obyektiv məlumatlar almağa başlayıb.