Putin danışıqları təşkil etdiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür edibbackend

Putin danışıqları təşkil etdiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Ər-Riyadda Rusiya və ABŞ arasında danışıqların təşkilində göstərdiyi köməyə görə Səudiyyə Ərəbistanı rəhbərliyinə təşəkkür edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya lideri Sankt-Peterburqda dron istehsalı zavoduna səfəri zamanı bildirib.

“Mən Səudiyyə Ərəbistanının rəhbərliyinə, Səudiyyə Ərəbistanının kralı, vəliəhd şahzadəyə nəinki Rusiya ilə ABŞ arasında yüksək səviyyəli görüşlər üçün Ər-Riyad məkanı mehribanlıqla təmin etdiyinə, həm də belə çox mehriban mühit yaratdığına görə səmimi qəlbdən təşəkkür etmək istərdim”, – deyə dövlət başçısı bildirib.

Putin əlavə edib ki, yaxın vaxtlarda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda zəng etməyi planlaşdırır. Rusiya prezidentinin sözlərinə görə, o, Rusiya və Amerika nümayəndələri arasında görüşü təşkil etdiyinə görə ona təşəkkür etmək istəyir.