Putin Donbası bərpa edəcəyinə söz veribbackend

Putin Donbası bərpa edəcəyinə söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Donetsk və Luqansk Xalq Respublikaları, Zaporojye və Xerson vilayətləri ərazisində bütün zədələnmiş obyektləri bərpa edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Kənd Təsərrüfatı və Emal Sənayesi İşçiləri Günü münasibətilə videomüraciətində bildirib.

“Addım-addım biz dağıdılan və xarab olan hər şeyi mütləq bərpa edəcəyik və yenidən quracağıq”, -deyə o vurğulayıb.

Dövlət başçısı bildirib ki, Rusiya birləşən tarixi ərazilərin zəngin kənd təsərrüfatı potensialını reallaşdırmaq üçün şərait yaradacaq.

Putin həmçinin qeyd edib ki, DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin, eləcə də sərhədyanı rayonların – Kursk, Belqorod, Bryansk vilayətlərinin fermerləri tam fədakarlıqla işləyir və öz işlərini vicdanla yerinə yetirirlər.

“Biz prioritet olaraq sizə lazımi yardımı göstərməyə davam edəcəyik”, – deyə prezident əmin edib.