Rusiya prezidenti Vladimir Putin onun müdafiə etdiyi Bəşər Əsədi devirən Suriya prezidenti Əhməd əş-Şaraanı Kremldə qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Ölkələrimiz arasında bir çox onilliklər ərzində xüsusi münasibətlər yaranıb. Biz səksən ildən artıq diplomatik əlaqələrimizi dəstəkləyirik. Onlar Rusiya və Sovet İttifaqı üçün ən çətin dövrlərdə – 1944-cü ildə qurulub”, – Putin qeyd edib.
Əş-Şaraa həmçinin ölkələr arasında uzun tarixi əlaqəyə də işarə edib. “Rusiyanın bizə nail olmaq imkanı verdiyi çoxsaylı nailiyyətlərə söykənirik. Bu, bizə müxtəlif sahələrdə kömək edib. Bizi ciddi əməkdaşlıq körpüləri, o cümlədən maddi körpülər birləşdirir. Biz bundan sonra da bu cür işləməyə davam edəcəyik. Hərtərəfli əlaqələrimizi yenidən bərpa etməyə çalışacağıq”, – Suriya prezidenti deyib.
Əl-Şaraa ötən ilin dekabrında sələfi Bəşər Əsədin devrilməsindən sonra ilk dəfə Rusiyaya səfər edir.
Xatırladaq ki, Bəşər Əsəd Suriyadan məhz Moskvaya qaçıb və hazırda ailəsi ilə birlikdə orada yaşaylr.
“Reuters”in məlumatına görə, əş-Şaraa rəsmi olaraq Əsədin mühakimə olunmaq üçün ekstradisiyasını tələb edəcək.
Xatirə SADİQ