Putin döyüşdən qaçanları sərt CƏZALANDIRDIbackend

Putin döyüşdən qaçanları sərt CƏZALANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müharibəsindəki uğursuzluq Rusiyada ciddi problemlər yaradıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin şəxsi ordusu hesab olunan “Rosqvardiya”nın hərbçiləri Ukraynaya qarşı döyüşdən imtina edirlər.

Türkiyə mətbuatının yaydığı məlumata görə, “Rosqvardiya”nın 115 əsgəri döyüşməkdən imtina etdiyi üçün cəzalandırılaraq işdən qovulub. Digər ordu birləşmələrində də döyüşdən boyun qaçıranların sərt şəkildə cəzalandırılacağı barədə xəbərdarlıq edilib.

Bu fakt onu göstərir ki, Rusiyanın mülki vətəndaşları ilə yanaşı, hərbçiləri də Ukraynaya qarşı döyüşmək, hərbi cinayətlərdə iştirak etmək istəmirlər.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Bu günədək Rusiya ordusunun 30 mindən çox hərbçisi döyüşdə həlak olub, xeyli sayda texnika Ukrayna qoşunları tərəfindən sıradan çıxarılıb.

redaktor.az