Putin ekstremizmi Rusiyaya qarşı hücum xəttlərindən biri adlandırıbbackend

Putin ekstremizmi Rusiyaya qarşı hücum xəttlərindən biri adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ekstremizm çoxmillətli və çoxkonfessiyalı Rusiya dövlətinə hücum xətlərindən biridir.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.

Rusiya lideri həmçinin Rusiya cəmiyyətində nifaq və parçalanma toxumları səpmək, müxtəlif millətlərin və dinlərin nümayəndələrini bir-birinə qarşı qoymaq cəhdlərini dayandırmağa çağırıb.

“Biz çox yaxşı başa düşürük ki, bu, Rusiyaya, çoxmillətli və çoxkonfessiyalı dövlətimizə hücum xəttlərindən biridir”, – deyə o vurğulayıb.

Həmçinin görüş zamanı Rusiya prezidenti xarici kəşfiyyat xidmətlərinin fəaliyyəti fonunda əks-kəşfiyyatın gücləndirilməsi barədə göstəriş verib.