Putin Əliyev və Paşinyana nə təklif edib?backend

Putin Əliyev və Paşinyana nə təklif edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putinin həm Paşinyana, həm Əliyevə zəngi Rusiyanın Azərbaycanda etdiyi təklifdən irəli gəlir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov deyib.

Lakin o, konkret hansı təklifdən söhbət getdiyini bildirməyib. Qeyd edib ki, əvvəlki razılaşmaların mahiyyəti saxlanılmaqla yeni təkliflər irəli sürülə bilər. O iddia edib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri də bu təkliflə bağlıdır.

“Tərəflərin vasitəçidən gözləntiləri var. Lakin bəllidir ki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə danışıqları bərpa etmək istəmir, Azərbaycan isə normal yanaşır. Hazırda maksimum nəticə əldə etmək üçün iş gedir. Rusiya rəsmi şəkildə üçtərəfli bəyanatlar və Azərbaycandan Naxçıvana çıxış əldə edən kommunikasiyanın açılmasından danışıb. İrəvanın bundan imtina etmək üçün geosiyasi ambisiyalardan başqa səbəbi yoxdur. Rusiya prezidentinin vasitəçiliyinin xeyrinə olan bir sıra müsbət proses var. ABŞ-da seçkilər, Ukrayna cəbhəsində baş verənlər və gələcək hadisələr çox şeyi göstərəcək”, – rusiyalı politoloq bildirib./ Publika.az