Putin Əliyevə zəngdən sonra Qarabağda hansı gediş edəcək?backend

Putin Əliyevə zəngdən sonra Qarabağda hansı gediş edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin Əliyevə zənginin Şuşa yolundakı aksiyanın dayandırılması məqsədi daşıdığı bəllidir. Lakin Bakı geri çəkilməyib, hadisələrin inkişafı bu versiyanı gücləndirir:

– Sülhməramlılar modul tipli yataqxanalar quraşdırır;

– Xankəndindəki ermənilər azərbaycanlıların çadır qurduğu əraziyə gətirilir;

Mümkündür ki, Əliyev Putinə haqlı tələblərin yerinə yetirilməsinin alternativi olmadığını deyib. Və indi kartlarını daha açıq oynayacaqlar. Bu kontekstdə rusların nələr edə biləcəyi maraqlıdır:

a) Prosesi bir neçə gün uzatmaqla aksiyanın dağıla biləcəyi imkanını dəyərləndiriləcəklər: rus hərbçilərin özlərinə “yataq” düzəltməsi də qarşıdakı günlərdə tələblərin qəbul olunacağı gözləntisini azaldır;

b) “Mülki erməniləri” azərbaycanlıların üzərinə göndərəcəklər və bununla aksiyaya adekvat addım atacaqlar;

c) Yolun bağlı qalması və Qarabağdakı “mülki əhalinin” əziyyət çəkməsi iddiasını İrəvan üzərindən beynəlxalq ictimaiyyətin gündəliyinə daşımağa, Bakıya əlavə təzyiqlərin edilməsinə nail olmağa çalışacaqlar;

Hərçənd, bu gedişlərin Bakının mövqeyinə təsir edəcəyi ehtimalı böyük deyil.

Asif Nərimanlı