Putin, Ərdoğan və Ruhani videokonfrans keçirəcək – Bu ölkəni müzakirə edəcəklərbackend

Putin, Ərdoğan və Ruhani videokonfrans keçirəcək – Bu ölkəni müzakirə edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 1-də Rusiya, Türkiyə və İran prezidentləri – Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani videokonfrans vasitəsilə Suriyadakı vəziyyətə dair zirvə görüşü keçirəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, prezidentlər görüş zamanı regional məsələləri, xüsusilə də Suriyadakı vəziyyəti müzakirə edəcək. “Bəli, Kreml bu məlumatı təsdiqləyə bilər”, – D.Peskov bildirib.

Üç ölkə rəhbəri sonuncdu dəfə 2018-ci ildə Qazaxıstanda Suriya məsələsini müzakirə etmişdi.