Rusiya prezidenti Vladimit Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı tərifləyib.
NOCOMMENT xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransı zamanı Putin türkiyəli həmkarını sözübütöv adam kimi xarakterizə edib.
“Ərdoğanla tez-tez fikir ayrılığımız olur, amma o həmişə verdiyi sözü kişi kimi tutur, dediyindən qaçmır”, – deyə Rusiya lideri bildirib.