Putin Ərdoğanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəkbackend

Putin Ərdoğanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Valettada maltalı həmkarı Lan Borg ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflərin müzakirə edəcəyi bir çox mövzu var. Eyni zamanda Cənubi Qafqazla bağlı iki ölkə arasında koordinasiyanın vacibliyinə də toxunub.

“Vladimir Putinin səfəri zamanı bir çox regional və ikitərəfli məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə olunacaq”, – deyə nazir söyləyib.

Qeyd edək ki, Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək.