Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.
NOCOMMENT.az bildirir ki. bu barədə TASS xəbər verir.
Görüşdən əvvəl iki ölkənin nümayəndə heyətləri bir-birini salamlayıb.
Danışıqlar zamanı tərəflərin bir sıra beynəlxalq məsələləri, o cümlədən Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Bundan əvvəl Putin Hindistanın baş naziri Narendra Modi ilə ikitərəfli danışıqlar aparıb. Görüş zamanı Modi bildirib ki, Hindistan prezident Putinin dekabrda keçiriləcək illik ikitərəfli sammit üçün səfərini səbirsizliklə gözləyir.