Rusiya prezidenti Vladimir Putin G20 sammitində onlayn olaraq iştirakı zamanı qlobal iqtisadiyyat və maliyyədəki vəziyyəti, iqlim gündəmini və rəqəmsallaşmanı müzakirə edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidentinin videokonfrans vasitəsilə G20-nin fövqəladə sammitində iştirakı bu gün üçün (21 noyabr) planlaşdırılır.
Hindistan hazırda G20-yə sədrlik edir və onlayn sammitə ev sahibliyi edir.