Putin G20 sammitində iştirak etməyəcəkbackend

Putin G20 sammitində iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Hindistanda keçiriləcək G20 Liderlər Sammitində iştirak edə bilməyəcək.

NOCOMMENT.az xəbər verir ki, Putin bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışarkən deyib.

Görüş zamanı Putin G20 Sammitində iştirak edə bilməyəcəyini və onun yerinə xarici işlər naziri Sergey Lavrovu təyin edəcəyini bildirib.

Rusiya rəhbərliyindən verilən açıqlamada Putinin G20 Liderlər Zirvəsinə qatılmamasının səbəbi yer almayıb.

Bəyanatda liderlərin iki ölkə arasında sıx əməkdaşlıq haqqında razılığa gəldiyi vurğulanıb.