Putin generalları tərəfindən öldürüləcək və müharibə bitəcək – Piter Dunkanbackend

Putin generalları tərəfindən öldürüləcək və müharibə bitəcək – Piter Dunkan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ daha bir səs-küylü iddia irəli sürüb.

NOCOMMENT.az bildirir ki, bu dəfə Vladimir Putinin nüvə silahından istifadə edəcəyi halda, generalları tərəfindən öldürüləcəyi iddia olunub. Bu barədə ABŞ-dan Slavyan dilləri professoru Piter Dunkan “Daily Express” qəzetinə açıqlamasında deyib.

Dunkanın sözlərinə görə, Putin Qərbə qarşı nüvə silahından istifadə etməyə çalışsa, o, öz generalları tərəfindən öldürüləcək və müharibə bitəcək.

Digər tərəfdən Dunkan Putinin NATO-nun əks-hücumundan qorxduğunu da bildirib: “Fikrimcə, Rusiya lideri buna görə də nüvə silahından istifadə etməkdən çəkinəcək”.

Xatırladaq ki, Rusiya prezidenti Putin xalqa müraciəti zamanı əllərindəki nüvə silahından istifadə etməkdən çəkinməyəcəklərini açıqlayıb. Ukrayna lideri Zelenski isə “Putin blef edir, nüvə silahından istifadə etməyəcək”, – deyə qarşılıq verib.
Sfera