Putin gizli baş verənləri açıqladı – Tofiq Zülfüqarovbackend

Putin gizli baş verənləri açıqladı – Tofiq Zülfüqarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin sadəcə olaraq, Minsk Qrupunda dırnaqarası gizli baş verənləri açıqladı. Onun çıxışı ilk növbədə buna görə belə maraq doğurub.

NOCOMMENT.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 27-də “Valday” Diskussiya Klubunda Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı fikirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, münaqişənin xarici oyunçular tərəfindən idarə olunması və beləliklə, Ermənistan və Azərbaycanın münaqişə vasitəsilə idarə olunması üçün iki mövzu prinsipial əhəmiyyət kəsb edir:

– moderasiya – danışıqlar prosesinin idarə edilməsi;

– moderasiya – “sülhün dəstəklənməsi üzrə” gücün idarə edilməsi.

Tofiq Zülfüqarov qeyd edib ki, 10 noyabr 2020-ci ildən sonra bu mövzuların hər ikisində Türkiyənin ciddi rolu ilə yanaşı Rusiya dominantlıq edirdi: “Bu, Qərbi və Ermənistanı ciddi şəkildə qane etmirdi. İndi situasiya qismən dəyişib. Qərb sistemli şəkildə, siyasi təsir vasitəsilə danışıqlar prosesinə de-fakto qayıtmağa nail olub və “sülhün dəstəklənməsi üzrə” gücün idarə edilməsi mövzusunda özünü “itələməkdə” davam edir. Düzdür, onlar hələlik Ermənistan tərəfdə şərti sərhəddə Rusiya ilə paralel faktiki öz mövcudluqlarına nail olublar. Ehtimal etmək olar ki, həm Qərb, həm də Rusiya Azərbaycan hakimiyyəti ilə “yerli ermənilər” arasında format yaratmaq və danışıqlarda iştirak etmək üçün çox cəhd göstərəcəklər”.

Qarabağın dırnaqarası statusu mövzusunda Qərb və Rusiya Federasiyasının mövqelərindəki fərqlər barədə danışan keçmiş xarici işlər naziri deyib:

”Bu fərqlər yoxdur. Minsk qrupunun 25 illik təcrübəsi göstərdi ki, onlar mənasızdır, çünki hamını qane edəcək nəticə əldə etmək mümkün deyil. Və danışıqlar prosesində vasitəçilərdən kimin və nəyi ilk dəfə bəyan etməsi vacib deyil. Sonra elan edilmiş bu mövqe asanlıqla dəyişmir”.

Tofiq Zülfüqarov qeyd edib ki, ən sonda zəifləyən Rusiyanın Qarabağı tərk etməsi, ola bilsin faktiki olaraq yerini özünün tandemi-tərəfdaşı olan Türkiyəyə verməsi ehtimalı çox yüksəkdir: “Amma Qərb Qarabağda dırnaqarası sürünürsə, bu, uzunmüddətli olacaq. Çünki hər cür makronlar və pelosilər optimizm yaratmır. Ümumiyyətlə, Minsk Qrupu hissə-hissə dirçəlməyə və geri qayıtmağa çalışır. Bütün bunlar bizim “and içmiş dostlarımızın” – vasitəçilərin etmək niyyətində olduqlarıdır. Ancaq əminəm ki, bizim də öz planımız var”.