“Tədbirlər görülüb, amma pərakəndə qiymətlər artır. İstehlakçının nəticəyə ehtiyacı var. (Rusiya hökuməti) Hadisələrə daha tez reaksiya verməyinizi istəyirəm”.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin yanacaq məhsullarının ixracına qadağa qoyulmasına baxmayaraq qiymətlərin artdığını bəyan edərkən deyib.
Putin, paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşdə, ölkənin 21 sentyabrda qüvvəyə mindiyi tənzimləmələri müzakirə etdi.
Putin qadağanın nəticə verəcəyinə ümid etdiyini vurğulayıb.