Putin İlham Əliyevlə görüşdən əvvəl Moskvaya zəng etdi – SƏBƏBbackend

Putin İlham Əliyevlə görüşdən əvvəl Moskvaya zəng etdi – SƏBƏB 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskvaya zəng edib və AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat barədə əlavə təfərrüatın olub-olmadığını soruşub.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.

Putin bildirib ki, AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi Ukraynaya məxsus 3 PUA-nın səmada olması və Rusiya sərhədini keçməsi olub.

Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüş keçirilir. V.Putin görüşə təyyarə qəzasının müzakirəsi ilə başlamağı təklif edib.