Putin: İqtisadiyyatımız üçün xarici təhlükələr hələ də mövcuddurbackend

Putin: İqtisadiyyatımız üçün xarici təhlükələr hələ də mövcuddur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin ölkəsində bu ilin birinci rübündə icmal büdcə gəlirlərinin 13 trilyon rublu keçdiyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Moskvada hökumət rəsmiləri ilə görüşdə ölkə iqtisadiyyatı ilə bağlı qiymətləndirmə edərkən bu barədə açıqlama verib.

Ölkə iqtisadiyyatının bu ilin ilk rübündə yaxşı performans göstərdiyini açıqlayan Putin, “Bu ilin birinci rübündə konsolidasiya edilmiş büdcə gəlirləri 13 trilyon rublu keçib. Neft və təbii qaz istisna olmaqla, gəlirlər 14 faiz artaraq 1,4 trilyon rubla çatıb” deyə bildirib.

“Neft və təbii qaz gəlirləri 1,3 trilyon rubl azalıb. İqtisadiyyatımız üçün hələ də xarici təhlükələr var, biz bunu çox yaxşı bilirik” deyə Putin qeyd edib.

NOCOMMENT.AZ