NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Moskvada prezident Vladimir Putinlə danışıqlar zamanı Rusiya prezidentini İslam Respublikasına səfərə dəvət edib.
“Mən sizin dəvətinizdən istifadə edəcəyəm”,- deyə Rusiya dövlət başçısı bildirib.
İran rəhbəri daha əvvəl bəyan etmişdi ki, Putinlə danışıqların əsas mövzusu Fələstin məsələsi və Qəzza zolağının bombalanmasına son qoyulması olacaq. Kremldən bildiriblər ki, prezidentlər ikitərəfli əməkdaşlığın cari gündəliyini əsaslı şəkildə nəzərdən keçirərək, ticarət-iqtisadi sahədə, o cümlədən nəqliyyat və enerji sahələrində perspektivli birgə layihələrin həyata keçirilməsini vurğulayacaqlar.