Rusiya ilə İran arasında bu gün imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi bütün sahələrdə əməli əməkdaşlığa təkan verəcək.
NOCOMMENT.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla görüşündə deyib.
“Sizin bugünkü səfəriniz xüsusi əhəmiyyət kəsb edir, çünki bizim təkcə əməkdaşlığımızın bütün sahələrini müzakirə etmək imkanımız olmayacaq, həm də Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair böyük baza sazişi imzalayacağıq”,- deyə Rusiya lideri bildirib.
O xatırladıb ki, Moskva və Tehran uzun müddətdir sənəd üzərində işləyir. “Mən çox şadam ki, bu işin başa çatması vacibdir, çünki bu, əməkdaşlığımızın demək olar ki, bütün sahələrinə əlavə təkan vermək imkanı verəcək”, – deyə Putin əlavə edib.