Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
NOCOMMENT.az “Hraparak”a istinadla xəbər verir ki, bu, İsraillə HƏMAS arasında müharibə başlayandan sonra Kreml rəhbəri ilə Netanyahu arasında ilk telefon danışığıdır.
Telefon danışığı zamanı İsraildəki mövcud vəziyyət və Qəzzada baş verən humanitar böhran müzakirə edilib.
Bundan başqa, Rusiya prezidentinin Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla da telefon danışığı olub.
“WAFA”nın məlumatına görə, Abbas Rusiyanın Fələstin xalqının hüquqlarının müdafiəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.