Putin Kadırovu mükafatlandırdıbackend

Putin Kadırovu mükafatlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovu mükafatlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kadırov teleqram kanalında məlumat paylaşıb.

Çeçen lider bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə “Aleksandr Nevski ordeni” ilə təltif edib.

Kadırov bundan sonra da Rusiyanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib: “Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”.