Putin Kadırovun arvadı ilə bağlı sərəncam verdibackend

Putin Kadırovun arvadı ilə bağlı sərəncam verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin iki rus qadınına – Medni Kadırova (Çeçenistan) və Olqa Dextyarenkoya (Yamal-Nen Muxtar Vilayəti) “Qəhrəman Ana” adının verilməsi haqqında fərman imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc olunub.

Bu ad onlara ailə institutunun möhkəmləndirilməsində və uşaqların tərbiyəsində böyük xidmətlərinə görə verilib.

Avqust ayında Vladimir Putin Rusiyada on və ya daha çox uşaq dünyaya gətirən və böyüdən qadınlara “Qəhrəman Ana” adının verilməsi haqqında fərman imzalayıb.

“Qəhrəman Ana” adı verilərkən təltif edilmiş anaya 1 milyon rubl məbləğində birdəfəlik pul mükafatı verilir.

Medni Musayevna Kadırova Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun arvadıdır. Onların 11 (7 qız, 4 oğlan) övladı var.

publika.az