Putin kritik qanunu imzaladıbackend

Putin kritik qanunu imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin ölkəsinin qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan ABŞ ilə Yeni Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandıran qanunu imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, qanuna görə, ölkənin müqaviləyə yenidən qoşulması barədə qərarı Rusiya prezidenti qəbul edə bilər.

Qeyd edək ki, Vladimir Putin fevralın 21-də Federal Məclisdəki çıxışında Rusiyanın ABŞ ilə Yeni START müqaviləsində iştirakını dayandırdıqlarını açıqlayıb.

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması da fevralın 22-də bu müqavilənin fəaliyyətini dayandıran qanunu qəbul edib.

NOCOMMENT.AZ