Rusiya prezidenti Vladimir Putin Kursk vilayətində vəziyyəti çox ağır adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bunu dövlət başçısı vilayət qubernatoru səlahiyyətlərini icra edən Aleksandr Xinşteynlə görüşündə deyib.
“Sizinlə görüşməyimizdən düz iki ay keçdi və mən sizə Kursk vilayətində iş təşkil etməyi tapşırdım. Oradakı vəziyyət çox mürəkkəbdir“
Rusiya lideri həmçinin Kursk vilayətinin qubernatoru vəzifəsini icra edəndən bölgə sakinləri ilə əlaqə saxlamağı və aktual problemlərin həllinə diqqət yetirməyi xahiş edib.