Putin Lavrov və Şoyqunu deputat görmək istəyirbackend

Putin Lavrov və Şoyqunu deputat görmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hakim “Vahid Rusiya” partiyasının növbəti qurultayı keçirilib.

NOCOMMENT.az xəbər verir ki, qurultay bu ilin sentyabrın 17-dən 19-dək Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı olub.

Rusiya Prezidenti Vladimir Putin qurultayda çıxışı zamanı partiyanın siyahısına liderliyə namizədlərin adını təklif edib.

Rusiya dövlət başçısı hesab edir ki, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova, “İstedad və Uğur” təhsil fondunun rəhbəri Yelena Şmeleva və Kommunardakı xəstəxananın rəhbəri Denis Proçenkonun adı Dövlət Dumasına keçiriləcək seçkilərdə partiyanın federal siyahısında lider olmalıdır.

Putin Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevin adını çəkməyib. Dmitri Medvedev 2011 və 2016-cı il seçkilərində siyahıya başçılıq edirdi, siyahının federal hissəsində isə tək namizəd göstərilmişdi.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin sentyabrın 19-na təyin edilməsi barədə Fərman imzalayıb.

Dövlət Dumasına seçkilər 17-dən 19-dək, saat 08:00-dan 20:00-dək keçiriləcək. Seçkilərdə iştirak etmək hüququ olan 32 partiya siyahılarını iyulun 13-dək Mərkəsi Seçki Komissiyasına təqdim edə biləcəklər. Seçkilərin üç gündə keçirilməsi sanitar-epidemioloji vəziyyətlə bağlıdır.

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması 5 il müddətinə formalaşdırılır. Palatada 225 yer partiya siyahılarına uyğun, 225 yer isə birmandatlı dairələr üzrə tutulur.
Report