Putin Lavrovla Şoyqunun məsələsinə nöqtə qoyacaqbackend

Putin Lavrovla Şoyqunun məsələsinə nöqtə qoyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin “Vahid Rusiya” partiyasından Dövlət Dumasına seçkilərdə iştirak edən xarici işlər və müdafiə nazirləri Sergey Lavrovla Sergey Şoyqunun deputat mandatı alıb-almayacağına qərar verəcək.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı RBK yayıb. Bildirilir ki, Putin sözügedən partiyanın seçici siyahısında lider olan Lavrovla Şoyqu, “Kommunarka” xəstəxanasının baş həkimi Denis Protsenko, “İstedad və uğur” fondunun sədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova ilə görüşmək niyyətindədir.

RBK Kremlə yaxın mənbələrinə istinadən yazır ki, görüşün sentyabrın 27-də keçirilməsi planlaşdırılır. Gözləntilərə əsasən, məhz bu zaman bu beşlikdən kimin deputat mandatı qazanacağı məsələsinə nöqtə qoyulacaq.

Bununla yanaşı, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün həqiqətən də keçiriləcəyini təsdiq edib.