Putin Lukaşenkonu yenidən Belarus prezidenti seçilməsi münasibətilə təbrik edibbackend

Putin Lukaşenkonu yenidən Belarus prezidenti seçilməsi münasibətilə təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putin Aleksandr Lukaşenkonu yenidən Belarus prezidenti seçilməsi münasibətilə təbrik edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə tass məlumat yayıb.
“İnandırıcı seçki qələbəsi sizin yüksək siyasi nüfuzunuzu, habelə əhalinin Belarusun apardığı siyasət kursunu şəksiz dəstəklədiyini açıq şəkildə göstərir”,- deyə Rusiya lideri Lukaşenkoya təbrik məktubunda bildirib.
Putin qeyd edib ki, iki lider son vaxtlar Moskva və Minsk arasında dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib. Rusiya prezidenti vurğulayıb ki, Rusiya və Belarus çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək, İttifaq dövlətində təsisatların səmərəliliyini artırmaq və Avrasiya məkanında qarşılıqlı faydalı inteqrasiya proseslərini təşviq etmək üçün sıx əməkdaşlıq etməyə davam edəcəklər.
Belarus Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, Belarusun hazırkı lideri Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlib.