Putin Macarıstana gəlsə, həbs olunmayacaqbackend

Putin Macarıstana gəlsə, həbs olunmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putinin Ukraynada törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıdığı iddiası ilə həbsinə order verməsindən sonra ilk bəyanat Macarıstandan gəlib.

NOCOMMENT.az xəbər verir ki, Macarıstanın dövlət naziri Gerqeli Galyas Rusiya prezidenti Vladimir Putinin Macarıstana getdiyi təqdirdə həbs edilməyəcəyini bildirib.

Həbsin hüquqi əsasa söykənmədiyini bildirən Galyas, “Macarıstan qanunlarına əsasən, Rusiya prezidentini həbs edə bilmərik” deyib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin Ukraynada törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıdığı iddiası ilə həbs olunmasına order verib.

NOCOMMENT.AZ