“Putin məni vətənimə qayıtmağa qoymur…” – Saakaşvilibackend

“Putin məni vətənimə qayıtmağa qoymur…” – Saakaşvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili açıq şəkildə Moskvanı və şəxsən Rusiya prezidenti Vladimir Putini vətəninə qayıtmasına əngəl yaratmaqda ittiham edib.

NOCOMMENT.az-ın məlumatına görə, bu açıqlamanı siyasətçi Facebook səhifəsində yerləşdirib.

Saakaşvili əmindir ki, Kremlin əsas qorxusu Saakaşvilinin Gürcüstana qaytarılacağı təqdirdə ölkənin sürətli inkişafına şərait yaradacaqdır.

“Gürcüstanda xaosun, iğtişaşların olması və gürcü xalqının yoxsulluq bataqlığında boğulması onlar üçün daha əlverişlidir. Mənə qarşı təşkil edilən bütün bu təqiblər birbaşa Putinin əmridir”, – eks-prezident yazıb.

O, həmçinin Gürcüstanın “azad edilməsi” üçün sona qədər mübarizə aparacağına söz verdi. Saakaşvili hakimiyyətə gəldikdən sonra Tiflisin bütün qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmağı planlaşdırır.

Xatırladaq ki, oktyabrın 2 -də Gürcüstanda şəhər bələdiyyə başçıları və şəhər məclislərinə deputat seçkiləri keçiriləcək. Saakaşvilinin qurduğu müxalif Vahid Milli Hərəkat partiyası seçkilərə qatılacaq./virtualaz.org