Rusiya Prezidenti Vladimir Putin və özbəkistanlı həmkarı Şövkət Mirziyayev arasında telefon danışığı baş tutub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, liderlər Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərini müzakirə edib. Eyni zamanda, müxtəlif səviyyələrdə ikitərəfli təmasların intensivləşdirilməsi barədə razılığa gəlib.