“Putin növbəti sülh sammitinə dəvət oluna bilər” – Zelenskibackend

“Putin növbəti sülh sammitinə dəvət oluna bilər” – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin növbəti “sülh sammitinə” dəvət oluna biləcəyini etiraf edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Zelenski vurğulayıb ki, Putinin yaxın gələcəkdə mümkün danışıqlarda iştirakını gözləmir. Ukrayna prezidenti Rusiya-Ukrayna münaqişəsinin “ədalətli sonu” barədə də danışıb. Onun fikrincə, bunun üçün ABŞ və Çinin birgə səyləri lazımdır.

Zelenski əlavə edib ki, Ağ Evin rəhbəri və Çin Xalq Respublikasının sədri fikir ayrılıqlarını bir kənara qoysalar, vasitəçi ola bilərlər.