Rusiya prezidenti Vladimir Putin xüsusi əməliyyat zonasında Mərkəzin qruplaşmasının komandiri Andrey Mordviçevə general-polkovnik rütbəsi verilməsi haqqında fərman imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub .
Sənəddə, həmçinin Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun komandanı Gennadi Anaşkinə general-polkovnik rütbəsi, Müdafiə Nazirliyinin Baş Zirehli İdarəsinin rəisi Aleksandr Şestakova isə general-leytenant rütbəsi verilir.