Putin onu çox istəyir, yüksək vəzifə verəcəkbackend

Putin onu çox istəyir, yüksək vəzifə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Roskosmos”un rəhbəri Dmitri Roqozin tezliklə Rusiya Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.

Bundan əlavə, Roqozinin Putinin köməkçisi ola biləcəyi də istisna edilmir. Bu halda o, Donbas üzrə Kremlin kuratoru da ola bilər.

Bildirilib ki, Putin Roqozini çox istəyir və hətta ona Baş nazirin müavini vəzifəsini də verməyə hazırdır.

Qeyd edək ki, Roqozinin siyasi karyerası 1980-ci illərdə başlayıb. SSRİ-nin dağılmasına qədər o, beynəlxalq missiyalarda çalışıb, ondan sonra isə iki dəfə Dövlət Dumasının deputatı olub.

2018-ci ildən Putin onu “Roskosmos”un rəhbəri təyin edib.

axar.az