Putin Paşinyanla görüşəcəkbackend

Putin Paşinyanla görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclasında iştirak etmək üçün Qırğızıstana gəlib.

NOCOMMENT Sputnik Kyrgyzstan-a istinadən xəbər verir ki, iclas iştirakçıları ümumi qaz bazarının formalaşdırılması, energetika sektorunda idarələrarası şuranın yaradılması, Aİİ məkanında inteqrasiyanın daha da dərinləşdirilməsi və vahid xidmətlər bazarının inkişafı məsələlərini müzakirə edəcəklər.

Həmçinin əsas müzakirə mövzularından biri də birlik və BƏƏ arasında potensial azad ticarət sazişi olacaq.

Qeyd olunur ki, sammit çərçivəsində Rusiya lideri həmkarları ilə ikitərəfli formatda danışa biləcək.

Belə ki, artıq Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüş planlaşdırılır.