Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla Qarabağdakı vəziyyəti müzakirə edib.
NOCOMMENT-in məlumatına görə, Putin və Paşinyan arasında telefon danışığı olub.
Telefon söhbətində Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən 2020 və 2022-ci illərdə imzalanmış sazişlərin icrası, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin və sabitliyin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib. Azərbaycan və Ermənistan arasında sülh sazişi məsələləri müzakirə edilib.